Mayın 16-da Bakı Slavyan Universitetinin (BSU) İbtidai təhsil kafedrasının “Auditoriya+” layihəsi çərçivəsində “Məktəbəqədər təhsilə müasir baxış” mövzusunda seminar keçirilib. Seminara qonaq qismində Təhsil İnstitutunun Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri, dosent Laləzar Cəfərova dəvət olunub.
Seminarda pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva, İbtidai təhsil kafedrasının əməkdaşları və pedaqoji fakültənin tələbələri iştirak ediblər. Əvvəlcə giriş sözü ilə çıxış edən kafedranın baş müəllimi Zərifə Məmmədova seminarın mövzusu barədə qısa məruzə oxuyub.
Sonra dosent Laləzar Cəfərova müasir dövrdə məktəbəqədər təhsillə əlaqədar yeniyetmələrdən, həmçinin son zamanlar məktəbəqədər təhsillə bağlı dövlət sənədlərinin qəbulundan, gələcəyin qurucuları olan uşaqların şəxsiyyət kimi formalaşmasında, təlim-tərbiyəsində məktəbəqədər təhsilin əhəmiyyətindən geniş söz açıb, maraqlı faktlarla iştirakçıları tanış edib.
Seminarın sonunda məruzəçi Laləzar Cəfərova iştirakçıları maraqlandıran sualları cavablandırıb.
BSU-nun mətbuat xidməti