Bolqarıstanın Azərbaycandakı səfirliyinin vəkili BSU tələbələri ilə görüşüb

    

     Mayın 18-də Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Yanko Yanakiyev Bakı Slavyan Universitetinin (BSU) bolqarşünaslıq və bolqar dili üzrə təhsil alan tələbələri ilə görüşüb.

     Görüş çərçivəsində əvvəlcə Yanko Yanakiyev tələbələrə 24 may Slavyan yazısı və Bolqar əlifbası günü haqqında mühazirə oxuyub, tələbələri maraqlandıran sualları cavablandırıb.

     Sonra Y.Yanakiyev Bolqarıstanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi tədbirlərdə fəal iştirak edən BSU tələbələrinə təşəkkürnamə təqdim edib.

BSU-nun mətbuat xidməti