BSU-nun Türk araşdırmaları tədris-mədəniyyət mərkəzində maraqlı seminar keçirilib

      

     Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə Bakı Slavyan Universitetinin (BSU) Türk araşdırmaları tədris-mədəniyyət mərkəzində istehsalat təcrübəsinə gələn tələbəblər üçün seminar keçirilib.

     Seminarda türkiyəşünaslıq üzrə təhsil alan IV kurs tələbələrindən Afiq Cabbarlı “Rəcəb Tayyip Ərdoğan və Türkiyənin müasir sosial-siyasi vəziyyəti”, Babək Kərimov “Azərbaycan-Türkiyə mədəni əlaqələri” adlı məruzələrlə çıxış ediblər. Cabbarlı Afiq Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Türkiyənin müasir sosial-siyasi vəziyyətindəki rolundan, Türkiyə-Azərbaycan ələqələrinin güçləndirilməsində göstərdiyi fəaliyyətindən söz açıb.

     Babək Kərimov Azərbaycan-Türkiyə mədəni əlaqələrinin Sovet İttifaqı dövründən başladığını, Azərbaycanın müstəqilliyi dövründə isə daha güçləndiyini bildirib, bu sahədə görülən işlərdən danışıb. Tələbələr Ümumilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının Azərbaycan-Türkiyə əlaqələrinə işıq tutduğunu qeyd ediblər.
Seminarda BSU-nun professor-müəllim heyəti, işçi kollektivi və tələbələr iştirak ediblər. Sonda fikir mübadiləsi aparılıb və çıxış edənlər hər iki mövzunun aktual olduğunu vurğulayıblar.

BSU-nun mətbuat xidməti