BSU-da Fakültələrarası Debat layihəsinin ikinci mərhələsi keçirilib

      

          Mayın 16-da Bakı Slavyan Universiteti Debat klubunun Fakültələrarası Debat lahiyəsinin ikinci mərhələsi keçirilib.

     "Kitabların oxunmamağının səbəbkarı gənclərdir?" mövzusunda debat bu dəfə Tərcümə, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültələrinin tələbələri arasında keçirilib.

     Gənclər debat zamanı müxtəlif mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib, kitabların kifayət qədər oxunmamağının səbəblərini müzakirə ediblər.

      Debatda ekspert qismində BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, tərcümə fakültəsinin dekan müavini Leyla Musayeva, Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov, dosent Səmayə Qələndərova, hakim qismində isə Debat klubun hakim-məşqçi korpusunun sədri Tural Comərdoğlu və Debat klubun sədri Yusif Xantemirov iştirak ediblər.

       Sonda ekspertlər kitabdan ayrı düşməmək üçün gənclərə tövsiyə xarakterli bir sıra təkliflər edib və öz rəylərini bildiriblər.

     Qeyd edək ki, mayın 8-də Debat klubunun təşkilatçılığı ilə Tərcümə və Pedaqoji fakültələrinin tələbələri arasında "Kitabların oxunmamağının səbəbkarı gənclərdir?" mövzusunda Debat layihəsinin birinci mərhələsi  keçirilmişdir. 

BSU-nun mətbuat xidməti