BSU-da xeyriyyə aksiyası təşkil olunub

     

       Mayın 11-də Bakı Slavyan Universitetində xeyriyyə aksiyası təşkil olunub. Universitet rəhbərliyi tərəfindən keçirilən aksiya çərçivəsində "Əli və Nino" filminin nümayişi olub. Filmin bilet satışından əldə olunan vəsait universitetin talassemiyadan əziyyət çəkən iki nəfər tələbəsinin təhsil haqqının ödənilməsi üçün sərf olunub.

       Aksiyaya könüllü olaraq universitetin bütün fakültələri, müəllim-işçi heyəti qoşulub.

     Filmin nümayişindən əvvəl çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova bildirib ki, bu aksiya BSU-da imkansız tələbələrin təhsil haqqının ödənilməsi üçün rektor, professor Nurlana Əliyevanın dəstəyi ilə təşkil olunan növbəti xeyriyyə aksiyiyasıdır. X.Sultanova qeyd edib ki, universitetdə bundan əvvəl də dəfələrlə tələbələrə yardım məqsədilə xeyriyyə aksiyası və yarmarkası təşkil edilib.

                                                                                    BSU-nun mətbuat xidməti