BSU-nun Pedaqoji fakültəsində Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirilib

    

     Aprelin 26-da Bakı Slavyan Universitetinin (BSU) Yeni Azərbaycan Partiyası təşkilatının təşəbbüsü ilə Pedaqoji fakültədə görkəmli oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə açan BSU-nun YAP təşkilatının sədri, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova akademik Zərifə Əliyevanın XX əsrin ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biri olduğunu vurğulayıb.

     Tədbirdə iştirak edən Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, BDU-nun Jurnalistika fakültəsinin müəllimi, yazıçı Natavan Dəmirçioğlu çıxışında akademik Zərifə Əliyevanın insani keyfiyyətləri, görkəmli oftalmoloqun ölkəmizdə oftalmologiya sahəsinin inkişafında oynadığı müstəsna rolundan söhbət açıb.

     BSU-nun magistrantı Natiq Nəsirov Zərifə Əliyevanın peşə fəaliyyətindən, onun oftalmologiya sahəsindəki xidmətləri və əldə etdiyi uğurlardan danışıb.

     Tədbir çərçivəsində Pedaqoji fakültənin tələbələri Ümleyla Nuri və Xədicə İsmayılovanın ifasında şeirlər səsləndirilib.

     Sonra çıxış edən Pedaqogika və psixologiya kafedrasının müəllimi Səbinə Cəfərova Zərifə Əliyevanın qayğıkeş ana və həyat yoldaşı kimi əsl Azərbaycan qadınının siması olduğunu vurğulayıb.

     Tədbirin sonunda Pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva təşkilatçılara minnətdarlığını bildirib.

BSU-nun mətbuat xidməti