BSU-da təhsil alan əcnəbi tələbələr üçün ekskursiya təşkil olunub

    

     Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti irsinin təbliği və dünyaya tanıdılması məqsədilə aprelin 23-də Bakı Slavyan Universitetinin Əcnəbi tələbələrlə iş üzrə dekanlığı tərəfindən universitetdə təhsil alan əcnəbi tələbələr üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunub.

     Qoruğun peşəkar bələdçisi əcnəbi tələbələrə “İçərişəhər”-in qədim tarixi haqqında rus dilində geniş məlumat verib.

     Üç saat davam edən ekskursiya çərçivəsində əcnəbi tələbələr Şirvanşahlar saray kompleksini, Arxeologiya və Etnoqrafiya muzeyini və məşhur rəssam Əli Şəmsinin emalatxanasını ziyarət ediblər.

 BSU-nun mətbuat xidməti