BSU əməkdaşları İdman Klubunun müdirini 70 illik yubileyi münasibətilə təbrik ediblər

            

     Aprelin 10-da Bakı Slavyan Universitetinin əməkdaşları İdman Klubunun müdiri, dosent Sabir Hacıyevi 70 illik yubileyi münasibətilə təbrik ediblər. Tədbirdə çıxış edənlər Sabir Hacıyevin öz peşəsinə bağlılığından, nailiyyətlərindən, eyni zamanda, onun şəxsi keyfiyyətlərindən məmnunluqla söz açıblar.

     Sabir Hacıyevi yaxından tanıyaq!

     Hacıyev Sabir Əli oğlu 22 mart 1948-ci ildə anadan olub. 1956-1968-ci illərdə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub. 1972-ci ildə institutu bitirdikdən sonar həmin il M.F.Axundov adına APİ-nin bədən tərbiyəsi və idman kafedrasının müəllimi, 1975-1980-ci illərdə isə institutun nəzdində sağlamlıq idman düşərgəsinin rəisi vəzifəsində işləyib.

     Voleybol üzrə qız və oğlan komandalarının məşqçisi olub. Ümumittifaq tələbə yarışlarında iştirak edib və mükafatlar qazanıb.

     1980-cı ildən M.F.Axundov adına APİ-nin tələbə inşaat dəstəsinin rəhbəri olub. Həmin illərdə institutun rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunub.
     1981-ci ildə Leninqrad Dövlət Pedaqoji İnstitutunun aspirantura şöbəsinə qəbul olub. Sabir Hacıyev 1987-ildə pedaqoji elmlər namizədi elmi dərəcəsi və 1990-cı ildə dosent elmi adı alıb.

     1988-ci ildə M.F.Axundov adına APİ-nin Bədən tərbiyəsi və idman kafedrasının dosenti olaraq əmək fəaliyyətini davam etdirib.

       1994-cü ildən bu günə qədər institutun bədən tərbiyəsi və idman kafedrasının müdiri vəzifəsində çalışır.

     2003-cü ildə Həmkarlar İttifaqı Təşkilatında bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə, 2004-cü ildə isə “Gənclik” Tələbə İdman Cəmiyyəti tərəfindən respublikada tələbələr arasında idmanın inkişafı sahəsində göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif olunub.

     2004-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüb.

     2006-cı ildə Respublika Bədən Tərbiyəsi Mərkəzinin rəhbərliyi tərəfindən təhsil müəssisələri işçilərinin I Spartakiadasında fəal iştirakına görə fəxri fərmanla təltif edilib.
     2010-cu ildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbirdə fəal iştirakına görə fəxri fərmanla təltif edilib.
     2012-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən “Gənclərin idman hazırlığını inkişaf etdirdiyinə görə” fəxri fərmanla təltif olunub.

     O, Azərbyacan respublikasının ictimai-siyasi fəaliyyətinın təbliğində iştirakına görə “Azərbaycan Bayrağı” diplomuna layiq görülüb.

                                                                                     BSU-nun mətbuat xidməti