BSU-nun “Arzu” rəqs ansamblı qalib olub

                

     2-3 apreldə “Tələbə baharı” XI Ümumrespublika tələbə yaradıcılıq festivalının seçim mərhələsi olub. Seçim turunda Bakı Slavyan Universitetinin “Arzu” rəqs ansamblı xareoqraf Əli Natiqoğlunun rəhbərliyi ilə millli rəqs və vals nominasiyaları üzrə 2-ci yeri qazanıb. Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin III kurs tələbəsi Namiq Fərəcov vokal müəllimi Səbinə Mehdiyavanın rəhbərliyi ilə rok-vokal nominasiyası üzrə 3-cü yerin qalibi olub.

     Qeyd edək ki, “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən hər il ali təhsil müəssisələrinin tələbələri arasında keçirilir.

     Festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, yaradıcı və istedadlı gəncləri aşkara çıxarmaq, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

     Festivalın bu ilki qala konserti aprelin 25-də keçiriləcək. Qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılacaqlar.