BSU-da təhsil alan əcnəbi tələbələr Azərbaycan Tarix Muzeyində olublar

                       

   31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Bakı Slavyan Universitetinin (BSU) Əcnəbi tələbələrlə iş üzrə dekanlığı və BSU-nun Əcnəbi Tələbələr Şurası tərəfindən Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya təşkil edilib. Ekskursiyada Bakı Slavyan Universitetində təhsil alan 13 əcnəbi tələbə iştirak edib.

   Ekskursiyanın məqsədi əcnəbi tələbələrə Azərbaycanın tarixini və azərbaycanlıların soyqırımı barədə həqiqətləri daha yaxşı tanıtmaqdır. Muzeyin bələdçiləri əcnəbi tələbələrə muzeyin ekspozisiyasında nümayiş olunan qədim əmək alətləri, milli geyimlər, zərgərlik məmulatları, arxeoloji eksponatlar haqqında ingilis və rus dillərində geniş məlumat veriblər.

   Ekskursiyanın sonunda BSU-nun əcnəbi tələbələri muzeyin xatirə dəftərinə öz ürək sözlərini yazıblar.

BSU-nun mətbuat xidməti