BSU məzununun hərbi xidmətdən gələn sədası: "Anacan mən çox yaxşıyam, heç nigaran qalma"

   

     Martın 8-də Azad Azərbaycan televiziya (ATV) kanalının "Son xəbər" informasiya proqramında ötən il  Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə məzunu olmuş, hazırda hərbi xidmətdə olan Xəyal İbrahimzadəylə bağlı süjet nümayiş olunub.

     ATV-nin "Son xəbər" aparıcısı Ceyhun Səfərin təqdimatında efirə gedən buraxılışda  Xəyalın anasına yazdığı məktub aşağıdakı kimi şərh olunub: "Anacan mən çox yaxşıyam, heç nigaran qalma sözləri ilə başlayır və işğaldakı torpaqlarımıza döyüş bayrağımızı sancacağımız günə də az qalıb. Hələlik, sənin əsgər oğlun Xəyal sözləri ilə bitir. Müdafiə Nazirliyi Sənədli və Tədris filmləri kinostudiyası, bir əsgərin anasına yazdığı məktuba dair maraqlı videomaterial yerləşdirib. Ordan bir neçə məqama biz də sizinlə birgə baxacağıq".

www.youtube.com - Salam əsgər anası 07.03.2018....