BSU-nun müəllim və tələbələri Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər

        Martın 3-də Bakı Təhsil Məlumat Mərkəzinin təşkilatçılığı ilə "Hilton" hoteldə beynəlxalq təhsil sərgisi keçirilib.

   Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekan müavini, dosent Lalə Mikayılzadə, Diplomatiya və xarici siyasət kafedrasının müəllimləri, eləcə də bir qrup tələbələri sərgidə iştirak ediblər.

     Sərgidə Böyük Britaniya, Almaniya, ABŞ, Avstraliya, İspaniya, İsveçrə, Kipr, Malaziya və digər ölkələrin təhsil müəssisələri nümayiş olunublar.

     Qeyd edək ki, sərgidə iştirak edən vətəndaşlar xarici universitetlərə necə daxil olmaq, hansı ölkədə təhsilin daha yaxşı olması, tələbələr üçün nəzərdə tutulan güzəştlər və digər xidmətlər barədə ətraflı məlumat əldə ediblər.