BSU-da M.P.Vaqifin 300 illik yubileyinə həsr edilmiş elmi-praktik seminar keçirilib

             

     Martın 1-də Bakı Slavyan Universitetində Azərbaycan filologiyası və jurnalistika fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrası nəzdində fəaliyyət göstərən “Bədii qiraət” dərnəyinin təşkilatçılığı ilə Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr edilmiş elmi-praktik seminar keçirilib.

      Tədbiri giriş sözü ilə açan Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent N.Novruzova M.P.Vaqifin yaradıcılığından geniş söz açıb. N.Novruzova böyük Azərbaycan şairi və dövlət xadimi M.P.Vaqifin poeziyasının bu gün də aktual olduğunu, eyni zamanda onun yaradıcılığını daha da dərindən öyrənilməsinin müasir dövrümüz üçün əhəmiyyətli olduğunu qeyd edib.

     Elmi-praktik seminarda iştirak edən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva, adıçəkilən kafedranın üzvləri - professor Nizami Məmmədov, dosent S.Qafarova, dosent L.Məmmədova və tələbələr M.P.Vaqif haqqında maraqlı çıxışlar ediblər.

     Sonra dərnəyin istedadlı tələbələri M.P.Vaqifin əsərlərindən parçalar söyləyib, S.Vurğunun “Vaqif” dramından səhnələr nümayiş etdiriblər.