BSU-ya gələn rusiyalı tələbələr təcrübə proqramını başa vurublar

      

     9 fevral 2018-ci il tarixdən Azərbaycan dilindən təcrübə keçmək məqsədilə Bakı Slavyan Universitetinə gələn Moskva Dövlət Linqvistik Universitetinin (MDLU) III kurs tələbələri bu gün təcrübə üçün nəzərdə tutulmuş proqramı uğurla başa vurublar.

     Sonuncu dərs günündə tələbələrlə görüşən BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov rusiyalı tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

    Əcnəbi tələbələr altı günlük proqram çərçivəsində gəzib gördükləri Bakının mədəni, tarixi yerləri, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı barədə öz təəssüratlarını bölüşüblər. Getdikləri bütün məkanlarda azərbaycanlılar tərəfindən isti münasibətlə qarşılaşdıqlarını deyən tələbələr onlar üçün yaradılan şəraitə görə BSU rəhbərliyinə minnətdarlıq ediblər.

     Görüşün sonunda tələbələrə sertifikat təqdim olunub, Azərbaycana aid suvenir bağışlanıb.

 BSU-nun mətbuat xidməti