BSU əməkdaşları və tələbələrinə təşəkkürnamələr təqdim olunub

      

    Fevralın 8-də Bakı Slavyan Universitetinin bir qrup əməkdaşına və tələbəsinə   universitet rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim olunub.

     Təqdimat mərasimində giriş sözü ilə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova universitetdə keçirilən respublika konfranslarında, beynəlxlaq konfranslarda, dövlət tədbirlərində və milli tədbirlərin bədii hissəsinin təşkilində mühüm əməyi olan tələbələrin fəaliyyətindən danışıb. O qeyd edib ki, 2016-2017-ci tədris ili ərzində BSU-da 300-dən çox tədbir keçirilib. X.Sultanova bildirib ki, BSU-da keçirilən tədbirlərdə fəal iştirak edən “Arzu” rəqs ansamblının üzvləri, bədii qiraət sahəsində, mahnıların ifasında öz istedadları ilə seçilən tələbələr hər zaman qonaqlar tərəfindən rəğbətlə qarşılanır. X.Sultanova universitetin fəal gənclərinə göstərdiyi diqqətə görə BSU-nun rektoru, professor Nurlana Əliyevaya minnətdarlıq edib.

             

     Tədbirdə iştirak edən xalq artisti Yalçın Rzazadə Bakı Slavyan Universiteti ilə bağlı xoş fikirlərini iştirakçılarla bölüşüb. Xalq artisti BSU-nun fəaliyyətini yüksək qiymətləndirərək burada istedadlı tələbələrin olmasından fəxrlə danışıb. O, Azərbaycanı ölkə xaricində hər zaman öz bacarığı, intellekti və vətənpərvərliyi ilə layiqincə təmsil edən BSU tələbələrinin gələcəkdə böyük nailiyyətlər qazanacaqlarını əminliklə qeyd edib, gənclərə bol-bol uğurlar arzulayıb.

     Sonra xalq artisti Yalçın Rzazadə BSU-nun “Arzu” rəqs ansamblının xareoqrafı Əli Natiqoğluna və Mədəni Kütləvi Tədbirlərin Təşkili şöbəsinin tərtibatçısı Səbinə Mehdiyevaya təşəkkürnamə təqdim edib.

     Tədbirin davamında BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və fakültələrin dekanları, dekan müavinləri tərəfindən BSU-nun  Mədəni Kütləvi Tədbirlərin Təşkili şöbəsinin əməkdaşları - Zəminə Zeynalovaya, Nərmin Məmmədovaya, adıçəkilən şöbənin KİV-lə əlaqələr üzrə mütəxəssisi Aytəkin Qardaşovaya və fəal tələbələrə təşəkkürnamələr təqdim olunub.

     Təqdimat çərçivəsində BSU tələbələrinin ictimai fəallığını əks etdirən videoçarx nümayiş olunub.

                                                                                        BSU-nun mətbuat xidməti