BSU tələbələri Belarusda ölkəmizi təmsil edirlər

                   

     Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində təhsil alan bir qrup tələbə Belarus Respublikasına ezam olunub.

     BSU-nun Belarus dili və mədəniyyəti mərkəzinin müdiri Albina Seyidovanın rəhbərliyi ilə nümayəndə heyətimiz 23-26 yanvarda Minsk şəhərində yerləşən Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti tərəfindən təşkil olunan “Ulduz yürüşü” layihəsinə qatılıblar.

     Layihənin açılış mərasimində Azərbaycan mədəniyyətini layiqincə təmsil edən tələbələrimiz hazırladıqları milli rəqslərlə əcnəbilərin böyük rəğbətini qazanıblar.

                                                                                   BSU-nun mətbuat xidməti