“Slavyan-Nəsimi” futbol klubunun rəhbəri BSU-da qonaq olub

                

     Yanvarın 8-də “Slavyan-Nəsimi” futbol klubunun rəhbəri Tural İsgəndərov Bakı Slavyan Universitetində qonaq olub.

   BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova ilə görüş zamanı futbol klubunun 2017-ci il ərzində qazandığı uğurlardan söhbət açılıb və 2018-ci ildə nəzərdə tutulan planlar barədə birgə müzakirələr aparılıb. Müzakirələr zamanı “Slavyan-Nəsimi” FK-nın ötən həftə “Binə” futbol klubu ilə keçirdiyi yoldaşlıq görüşündən, növbəti həftələrdə baş tutacaq “Keşlə” FK (əvvəlki “İnter” FK), “Zirə”, “Qəbələ” kimi peşəkar klublarla yoldaşlıq görüşlərinin keçirilməsi barədə olan planlardan da danışılıb.

    Görüş çərçivəsində klubun bir sıra problemli - forma və sponsor məsələlərinə də toxunulub.

   Tural İsgəndərovun kluba qazandırdığı uğurları yüksək qiymətləndirən prorektor Xanım Sultanova klub rəhbərinə göstərdiyi fəaliyyətə görə təşəkkürnamə təqdim edib.  Bunun ardından Tural İsgəndərov klub adından kapitanlıq sarğısını Xanım Sultanovaya hədiyyə edib və Bakı Slavyan Universitetini təmsil etməkdən qürur duyduğunu qeyd edib.

   Sonda BSU İdman Klubunun rəhbəri Sabir Hacıyevlə birlikdə universitetin idman zalına baxış olub, “Slavyan-Nəsimi” FK və Bakı Slavyan Universitetinin komandaları arasında yoldaşlıq görüşü keçirilib.

                                                                                  BSU-nun mətbuat xidməti