BSU-da xeyriyyə aksiyası keçirilib  

 

     

     Dekabrın 21-də Bakı Slavyan Universitetinin ikinci tədris binasında xeyriyyə yarmarkası açılıb. Bir günlük yarmarka filologiya və xarici dil müəllimliyi fakültəsinin alman dili ixtisası üzrə təhsil alan II kurs tələbəsi Cəfər Hüseynzadənin təşkilatçılığı ilə həyata keçirilib.

     Aksiyaya fakültənin birinci və ikinci kurs tələbələri də qoşulub.Yarmarkada tələbələr tərəfindən hazırlanmış yemək və şirniyyatlar, ikinci əl kitablar və müxtəlif aksesuarlar satışa çıxarılıb. Hər kəsin böyük marağına səbəb olan bu tədbirdə tələbələrlə yanaşı universitet əməkdaşları da fəal iştirak ediblər.

      Qeyd edək ki, yarmarkadan yığılan vəsait leykemiyadan əziyyət çəkən uşaqlara xərclənəcək.

 BSU-nun mətbuat xidməti