BSU-nun Çerniqovdakı Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzində dünya çempionları ilə görüş keçirilib

                   

    Dekabrın 14-də Bakı Slavyan Universitetinin Çerniqov Milli Texnologiya Universiteti (ÇMTU) nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzində (ATMM) uçot-iqtisadiyyat, maliyyə-iqtisad və həyat fəaliyyəti, təbiətdən istifadə və turizm fakültələri tələbələrinin pankration (Şərq əlbəyaxa döyüş növü) üzrə dünya çempionatının qalibləri Kənan Ələsgərov və Daniil Kozlovla görüşü keçirilib.

     Tədbirdə ATMM direktoru, uçot-iqtisadiyyat fakültəsinin dekanı, professor Marina Yurçenko və maliyyə-iqtisad fakültəsinin dekanı Lüdmila Remnyova iştirak ediblər.

    Qeyd edək ki, görüşə dəvət olunmuş idmançılar nəinki Ukraynada, eləcə də onun hüdudlarından kənarda çox tanınmış insanlardır. 2017-ci ilin oktyabrında Soçi şəhərində keçirilən dünya çempionatında onlar medalların tam komplektini gətiriblər: Daniiel Kozlov qızıl və bürünc, ÇMTU-nun maliyyə-iqtisad fakültəsinin 3 kurs tələbəsi Kənan Ələsgərov isə gümüş medal qazanıb. Hər iki idmançı “Əlbəyaxa döyüş” Çerniqov İdman Klubunun yetişdirmələridir. Onlara kiçik yaşlarından Oleq Pişşenko məşqçilik edir.

     Görüşdə Kənan Ələsgərov tədbir iştirakçılarına söyləyib ki, onun valideyinləri əslən Azərbaycandandır. O, özü Belarusda doğulsa da, uzun illərdir Ukraynada yaşayır və Ukrayna vətəndaşıdır. O, heç vaxt babalarının torpağı ilə əlaqəni kəsmir, hətta bu yaxınlarda o, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda keçirilən təlim-məşq toplantısından qayıdıb. K.Ələsgərov qeyd edib ki, bütün bunlar onun gələcəkdə idman nailiyyətləri qazanmasına böyük stimul verib.

     Sonra Kənan və Daniil öz həmyaşıdlarına idman karyeralarının uğur tarixçəsindən söz açıb, pankration üzrə beynəlxalq idman yarışlarında əks olunmuş fotoşəkillərini təqdim ediblər. O bildirib ki, adıçəkilən döyüş növü əsl kişi xarakterli olmaqda, nəinki idmanda, eləcə də həyatda vacib olan insani keyfiyyətlərin formalaşmasında böyük rol oynayır.

     Görüşün sonunda idmançılar tədbir iştirakçılarına Çerniqov İdman Klubunun bukletlərini və həmin klubda iki günlük pulsuz məşq dəvətnamələrini paylayıblar.

                                                                         BSU-nun mətbuat xidməti