Almaniyalı professor BSU-da mühazirə oxuyub

      

    13 dekabrda Bakı Slavyan Universitetində Alman filologiyası kafedrasının təşkilatçılığı ilə Almaniyanın Zittau Universitetinin sosial elmlər fakültəsinin dekan müavini, professor Matias Şmidtin “Ünsiyyətin psixologiyası” mövzusunda mühazirəsi olub.

      BSU-nun Humboldt adına Alman dilinin tədrisi və mədəniyyəti mərkəzində keçirilən mühazirədə alman dilini öyrənən tələbələr və bu dildən dərs deyən müəllimlər iştirak ediblər.

        Qeyd edək ki, professor Matias Şmidt hazırda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə Azərbaycan Neft və Sənaye Universitetində magistrantlara psixologiya fənnini tədris edir.