Dekabrın 7-də Azərbaycanda qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun artırılması, bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi, əl işlərinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların əl işlərindən ibarət “Kiçik sahibkarların yaratdıqları” sərgisi təşkil olunub.
Sərgidə 100-dən çox sahibkarın əl işləri - rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar, eləcə də geyimlər, müxtəlif məişət əşyaları, musiqi alətləri və s. nümayiş olunub.
Sərgidə Bakı Slavyan universitetinin Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbələri, o cümlədən fakültənin dekan müavini Quba Məcidova da iştirak edib.
BSU-nun mətbuat xidməti