Noyabrın 30-da BSU-nun II tədris binasının konfrans zalında "Reklam mətnlərində olan yalnışlıqlar" mövzusunda elmi seminar keçirilib.
Seminarda Azərbaycan filologiyası və jurnalistika fakultəsinin dekanı, dosent Nuridə Novruzova, müasir azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov, türkologiya kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru Şaban Hüseynov, jurnalistika kafedrasının müdiri, dosent Şəlalə Həsənova, müasir azərbaycan dili kafedrasının dosenti Şəkər Orucova, jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov, jurnalistika kafedrasının baş müəllimi Əhməd Əsgər və tələbələr iştirak ediblər.
Seminarda iştirak edənləri salamlayan fakültə dekanı Nuridə Novruzova Azərbaycan dilinin qorunması haqqında və reklam mətnlərində yalnış işlədilən ifadələr və sözlər barədə ümumi məlumat verib.
Reklam mətnlərindəki kobud səhvlərlə bağlı geniş çıxış edən professor İkram Qasımov hər bir insanın öz ana dilini qorunmaq borcunun olduğunu və dil yoxdursa xalqda yoxdur deyə o qeyd edib. O, Ümummilli lider Heydər Əliyevin dilin qorunması məsələsinin və bu məsələyə qarşı olan xüsusi diqqətini seminar iştirakçılarının diqqətinə çatdırıb. Reklam lövhələri və çarxlarında olan qrammatik, leksik və fonetik qaydaların pozulduğu reklamlardan nümunələr gətirən İkram müəllim "Yumuşaq oyuncaqlar", "Coraflar", "Ağız boşluğunun partladıcı təmizliyi", "Aclıq güc gələndə sən o sən deyilsən" kimi reklamlarda həm dilin pozulması hallarını, həm də bu reklam mətnlərinin anlaşıqlı olmadığını qeyd edib. O, Azərbaycanda adları xarici dildə yazılmış reklamlarla bağlı da öz maraqlı fikirlərini bildirib və "Kind food", "Taksikolleksion", "Poppy gallery" kimi reklamların istifadəsinin yalnış olmasını qeyd edib.
Seminarda çıxış edən jurnalistika kafedrası baş müəllimi Əhməd Əsgər Azərbaycanda reklamın 25 illik fəaliyyəti barə danışıb.
Jurnalistika kafedrası müdiri Şəlalə Həsənova isə reklam üzrə mütəxəssislərin olmasının vacibliyini vurğulayıb və BSU-da jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə reklamların hazırlanması barədə dərslərin keçirildiyini deyib.
Çıxışlardan sonra tələbələrin çoxsaylı suallarına cavab olaraq maraqlı fikir mübadiləsi aparılıb.