Ukraynanın Çerniqov şəhərində Bakı haqqında təqdimat olub

   

      Noyabrın 13-də Bakı Slavyan Universitetinin Çerniqov milli texnologiya universitetində fəaliyyət göstərən Azərbaycan mədəniyyət və təhsil mərkəzi, İqtisadiyyat Elm və təhsil institutu ilə birgə "Mənim paytaxtım" adlı tədbir keçirib.

     Azərbaycan mədəniyyət və təhsil mərkəzinin direktoru, Çerniqov milli texnologiya universitetinin professoru Marina Yurçenko müxtəlif ölkə və millətlərin nümayəndələri arasında bu kimi birgə görüşlərin keçirilməsini dostluğun möhkəmlənməsi üçün vacib olduğunu qeyd edib.  

      Tədbirdə Maliyə və iqtisad fakültəsinin tələbəsi Dmitri Alekseyev Ukraynanın paytaxtı Kiyev şəhərini təmsil edib, Həyat, təbiət idarəçiliyi və turizm fakültəsinin tələbəsi Rüfət Ağayev Azərbaycanın paytaxtı Bakı şəhəri haqqında danışıb və Layihə menecmenti, keyfiyyətin idarə edilməsi və həyatıtəminat fakültəsinin tələbəsi Amin Əl-Həsən Nigeriyanın paytaxtı Abudcunu təmsil edib.  

     İki dildə təqdim olunan təqdimatda İqtisadi-hesablama fakültəsinin I kurs tələbələri Ukyaynanın, Azərbaycanın və Nigeriyanın tarixi keçmişi ilə yanaşı, həm də bu ölkələrin paytaxtının əsas  görməli yerləri ilə tanış olmaq imkanı qazanıblar.  

      Tədbir Çerniqov milli texnologiya universitetinin tələbələri üçün beynəlmiləl  dostluq müstəvisində əsl bayram olub.