BSU əməkdaşları türkdilli mənbələrin təqdimatında iştirak ediblər

   

     Noyabrın 23-də AMEA Mərkəzi Elmi Kitabxanası öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib.

    Tədbirdə Azərbaycanda təmsil olunan türk ölkələrinin səfirlikləri, türk ölkələrinə aid qurumlar, AMEA İnstitutlarının, ali məktəblərin, media qurumlarının nümayəndələri iştirak ediblər.

    Təqdimat mərasimində Bakı Slavyan Universitetinin Türkiyə Araşdırmaları Mərkəzinin müdiri Ziyafət Qasımova, mərkəzin dosenti Vəfa Həsənova, universitetin kitabxana müdiri Səmayə Əliyeva və kitabxanın əməkdaşları, o cümlədən türkiyəşünaslıq üzrə təhsil alan tələbələr iştirak ediblər.

 

BSU-nun mətbuat xidməti