BSU-da Monitorinq şöbəsi tərəfindən sorğu keçirilib

     Ali Təhsil müəssisələrinin bakalavriat səviyyəsində Kredit sistemi ilə tədrisin təşkili qaydalarının tələblərinin, mahiyyətinin 2017/2018-ci tədris ilində qəbul olunmuş I kurs tələbələrinə çatdırılması səviyyəsinin öyrənilməsi məqsədilə Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsi tərəfindən 2-3 noyabr 2017-ci il tarixlərində sorğu keçirilib.

     Keçirilən sorğunun nəticəsinə əsasən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın və Qaydalara edilən dəyişikliklərin tələbələrə çatdırılması, onların maarifləndirilməsi məqsədilə Monitorinq şöbəsi tərəfindən fakültələrdə treninqlər keçirilib.

     Qeyd edək ki, treninqlər universitetin ikinci tədris binasında da aparılacaq.


               

                                                                                                                               BSU-nun mətbuat xidməti