BSU-nun tələbələri Bilik yarışında iştirak ediblər

   

     Noyabrın 11-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışı keçirilib.

    Yarışda ölkənin ali təhsil müəssisələrində əyani əsaslarla bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr iştirak ediblər. İlk müsabiqədə 44, ikincidə 46, üçüncüdə isə 42 ali məktəb iştirak edib.

      Yarışda hər ali məktəbdən bir komanda olmaqla ümumilikdə 44 komanda mübarizə aparıb. Hər komandada altı əsas və iki ehtiyat iştirakçı olub. Müsabiqə 3 turda keçirilib və hər turda 12 sual səsləndirilib. Qalib komandalar hər tur üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib.

      Bilik yarışında Bakı Slavyan Universitetinin fəal tələbələri iştirak ediblər.

 

                                                                              BSU-nun mətbuat xidməti