BSU-da “Açıq qapı” günləri keçirilir

         

     BSU-da 2017-2018-ci tədris ilinin “Tədrisin keyfiyyətinin yüksəldilməsi ili” elan olunması barədə Elmi Şuranın 30.10.2017-ci il tarixli qərarına uyğun olaraq Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin təklifi ilə fakültələr üzrə “Açıq qapı” günləri keçirilir.

      “Açıq qapı” günlərinin keçirilməsində əsas məqsəd qarşıya qoyulan vəzifə və tələblərin icrası, tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni təlim texnologiyalarının, yanaşmaların tətbiqi, İKT-dən istifadənin səviyyəsini müəyyən edərək qabaqcıl təcrübənin, dərs modellərinin tətbiqi və təbliğidir.

     Bu gün BSU-da “Açıq qapı” günləri olub. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində keçirilən ilk “Açıq qapı” günlərində universitetin professor-müəllim heyəti, müvafiq şöbələrin mütəxəssisləri, valideynlər və magistrlar iştirak ediblər.

 

                                                                                BSU-nun mətbuat xidməti