BSU "Ədəbiyyat klubu"nun ilk iclası olub

     Dünən, Bakı Slavyan Universitetinin Heydər Əliyev adına tədris mərkəzində universitetdə Tələbə təşkiları nəzdində fəaliyyət göstərən "Ədəbiyyat klubu"nun İdarə heyətinin ilk iclası olub.

     İclasda Universitet üzrə tələbə təşkilatlarının koordinatoru Məryənxanım Hüseynova və Universitetin fakultə sədrləri iştirak edib. Bir yerə cəm olan istedadlı gənclər ədəbiyyatın zənginliyindən və oxucuya verdiyi müsbət keyfiyyətlərdən söz açıb, öz aralarında maraqlı fikir mübadiləsi aparıblar. 

     Sonra ilk iclasa toplanan gənclər yeni dərs ilində həyata keçirəcəkləri ideya və təkliflərini irəli sürüblər.

     Koordinator Məryəmxanım Hüseynova səsləndirilən fikirləri qiymətləndirərək  tələbələrə bütün işlərində yardımçı olacağını bildirib.

     Qeyd edək ki, "Ədəbiyyat klubu" Bakı Slavyan Universitetinin ən fəal tələbə klublarından biridir və bu gün öz işinə yeni-yeni ideyalarla start verib.