BSU-nun tələbə təşkilatları daha fəal olacaqlar

    Bu gün, Bakı Slavyan Universitetinin Heydər Əliyev adına tədris mərkəzində, universitetdə fəaliyyət göstərən tələbə klublarının yeni 2017-18-ci tədris ili ilə bağlı ilk plenar iclası keçirilib. İclasda BSU-nun təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Xanim Sultanova, jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov, BSU tələbə həmkarlar təşkilatının sədri Vüqar Həşimov və Universitet üzrə tələbə təşkilatlarının koordinatoru Məryəmxanım Hüseynova iştirak edib.

    İclasda çıxış edən, dosent Xanim Sultanova klub rəhbərlərinə bir çox tövsiyələrini, tapşırıqlarını verməklə, onlara inandığını, öz işlərində fəal olmalarını və daim onların yanında olacağını bildirib.

     Bundan başqa, iclasda iştirak edən dosent Mübariz Əhmədov klub sədrlərinin fəaliyyətini mütamadi olaraq, BSU-nun saytında, eləcə də digər saytlarda işıqlandıracağını qeyd edib.

     İclasda Klub sədrləri yeni dərs ilində nəzərdə tutduqları tədbirlər planı və yeni lahiyələrlə bağlı məlumat veriblər. Eyni zaman da, bu il məzun olmuş klub sədrlərinin yerinə yeni sədrlər təyin edilib.

     Qeyd edək ki, BSU-da müxtəlif istiqamətlər üzrə 23 tələbə klubu fəaliyyət göstərir.