BSU-nun Ədəbiyyat Klubunun yeni sədri seçilib

   

     30 may BSU-nun Ədəbiyyat Klubunun sədri Əfsanə Ağayeva klubun üzvləri ilə  yekun iclas keçirib.

     İclasda Ədəbiyyat klubunun 3 il ərzində gördüyü işlər, keçirdiyi tədbir və layihələr nəzər yetirilib. Ədəbiyyat klubunun yeni idarə heyəti ilə tanışlıq olub.

     Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin II kurs tələbəsi Nuhbala Əliyev klubun yeni sədri seçilib.

      Sonda klubun fəaliyyəti boyunca çəkilmiş video-çarxa baxılıb, səmimi və mehriban kollektivlə xatirə şəkli çəkilib.