BSU tələbələri Azərbaycan-Rumıniya Təhsil Forumunun açılış mərasmində iştirak ediblər

     Mayın 24-də Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Rumıniya Təhsil Forumu öz işinə başlayıb.

     Forumun açılış mərasimi ADA Universitetində olub.

     Mərasimdə Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova, tərcümə, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri iştirak ediblər.

    Ruminyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku BSU tələbələri ilə xatirə şəkli çəkdirib. Səfir Bakı Slavyan Universitetinə böyük rəğbət bəslədiyini qeyd edərək universitetin fəaliyyətini yüksək qiymətləndirib.