Azərbaycan filologiyası və jurnalistika fakültəsi

     24 may 2017-ci il tarixində BSU-nun II tədris korpusunda Azərbaycan filologiyası və jurnalistika fakültəsinin III kurs AF 302-ci qrup tələbələrinin hazırladıqları “XX əsr Azərbaycan ədəbiyyatı” fənnindən “Auditoriya +” formatında çox maraqlı tədbir keçirilib.

     Tələbələr XX əsrin I yarısında yaşayan görkəmli Azərbaycan ədiblərinin əsərlərindən səhnələşdirilmiş parçalar, monoloqlar ifa edib, şeirlər söyləyiblər.