Tələbələr muzeylərə səfər ediblər

   

     Mayın 18-də BSU YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü münasibətilə 40 nəfər tələbənin müxtəlif muzeylərə səfəri təşkil olunub. Tələbələrin arasında əcnəbi tələbələr də yer alıb. Onlar Milli Azərbaycan Tarix muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində olublar.

      Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə daha yaxından tanış olub,  gəzinti nəticəsində ölkəmizin tarixinə kiçik səyahət ediblər.