BSU-da Ümummilli lider Heydər Əliyevin ildönümü ilə əlaqədar mühazirələr təşkil edilib

       

     Bakı Slavyan Universitetinin YAP Gənclər Birliyinin təşkilatçılığı ilə müxtəlif ixtisas qruplarında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar mühazirə oxunub, slayd nümayiş olunub.

     Tələbələr Ulu öndər Heydər Əliyevlə bağlı məruzələrlə auditoriya qarşısında çıxış ediblər.

     Mühazirəyə başlamazdan əvvəl Dövlət himni səsləndirilib. Şuşanın işğalı gününə təsadüf edən mühazirədə bir dəqiqəlik sükut elan edilib.

     Qeyd edək ki, mühazirələr may ayının 10-da da davam etdiriləcək. İlk mühazirə filologiya və xarici dili müəllimliyi fakültəsində təşkil olunub.