BSU tələbələri Milli Məclisin binası ilə tanış olublar

         

     Mayın 1-də Milli Məclisdə gənclər və idman komitəsinin, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev milli parlamentarizmin banisidir: Gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib.

     Dəyirmi masada millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev çıxış ediblər.

     Sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

    Bakı Slavyan Universitetindən fakültələr üzrə YAP sədrləri və sosial şəbəkələrdə YAP-ın fəal üzvləri olan tələbələrimiz BSU üzrə YAP-ın sədri Sevinc Axundovanın rəhbərliyi altında böyük heyətlə tədbirdə iştirak ediblər.

     Gənclər Milli Məclisin binası ilə tanış olub, bununla yanaşı, buradakı iş prinsipi haqqında da məlumatlandırılıblar.


BSU-nun Mətbuat xidməti