BSU-da “Panslavyanizm “ mövzusunda açıq dərs  keçirilib

      

     Mayın 1-də Bakı Slavyan Universitetinin (BSU) beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin I kurs tələbələrinin təşkilatçılığı ilə “Panslavyanizm “ mövzusunda açıq dərs  keçirilib.

     Türkiyəşünaslıq üzrə təhsil alan I kurs tələbələri Mircavid Həsənov və Əli Piriyev açıq dərsin mövzusuna dair slayd təqdim ediblər. Tələbələr panslavyanizmin tarixi köklərini araşdıraraq tarixçilərin, filosof və diplomatların panslavyanizmlə bağlı səsləndirdikləri fikirlərə aydınlıq gətiriblər. Panslavyanizmin yaranması, bu ideologiya ətrafında birləşən slavyan xalqları haqqında ətraflı məlumat veriblər.

    Açıq dərsdə iştirak edən tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı Şirinbəy Əliyev, Azərbaycan multikulturalizmi kafedrasının müdiri Hacı Rauf, yazıçı Vəzir Qasımov I kurs tələblərinin bu cür geniş tədqiqatını yüksək qiymətləndirərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

     Sonda auditoriyada əyləşən tələbələrin fikirləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb.

BSU-nun Mətbuat xidməti