Əcnəbi tələbələrimiz qalib olublar

      

     22 aprel Bakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçirilən İkinci Dünya müharibəsinə həsr olunmuş olimpiadada Bakı Slavyan Universitetinin Əcnəbi tələbələrlə iş üzrə dekanlığın nəzdində fəaliyyət göstərən əcnəbi tələbələrin Hazırlıq şöbəsinin dinləyicisi, Türkmənistan Respublikasının vətəndaşı Rauf Babayev II yeri tutub.

   25 aprel Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatcılığı ilə Azərbaycanda fəaliyyət göstərən universitetlərdə təhsil alan əcnəbi tələbələr arasında TEDx formatında müsabiqə keçirilib.

     Müsabiqədə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin II kurs tələbəsi, Suriya vətəndaşı Abdul Hak Yasmeen iştirak edərək I  yerin qalibi olub.

BSU-nun Mətbuat xidməti