BSU tələbələri qaliblər sırasında

 

       Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında “Tələbə baharı” X Ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti olub.

     Təşkil olunan qala-konsertin aprelin 3-dən 6-dək keçirilmiş seçim turlarında 25-dək ali təhsil müəssisəsindən 800-dən çox tələbə müxtəlif nominasiyalar üzrə istedadını nümayiş etdirib.

     Sonra festivalın qala-konserti olub.

     Tədbirin sonunda festivalın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub.

  Festivalda iştirak edən Bakı Slavyan Universitetinin tələbələri də qaliblər sırasında olub. Estrada nominasiyası üzrə beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin IV kurs tələbəsi Cavid Hüseynli II yer, pop nominasiyası üzrə tərcümə fakültəsinin I kurs tələbəsi Aytac Samullayeva III yer, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin IV kurs tələbəsi Aydın Bəkirli III yerə layiq görülüb.

BSU-nun Mətbuat xidməti