BSU-da "Yaşıllaşdırma" aksiyası

       Aprelin 13-də BSU-nun əsas tədris binasının həyətində "Yaşıllaşdırma" aksiyası keçirilib. Aksiyada iştirak edən tələbələr həyətdə müxtəlif növ gül və ağac tingləri əkiblər. Aksiya zamanı yeni əkilən ağac tingləri gübrə verilərək suvarılıb.

     Qeyd edək ki, bu aksiya ali təhsil müəssisəsinin həyətyanı sahəsində yaşıllıq zolaqlarının genişlənməsi, müəllim-tələbə kollektivi üçün ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də gənclər arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir.

Aytəkin Qardaşova