Rövşən Binnətli: "Azərbaycanda idman jurnalistikası inkişaf edir"

     

     Azərbaycanın tanınmış idman jurnalisti - "CBC Sport" telekanalının Xəbərlər Departamentinin şef-redaktoru peşəkar şərhçi Rövşən Binnətli, BSU-nun  Azərbayacan filologiyası və jurnalistikası fakültəsində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin qonağı olub.

     Tələbələrin istəyilə görüşə təşrif  buyuran peşəkar şərhçi, jurnalistika kafedrasının  dosenti Tofiq Yusifovun tədris etdiyi "İdman jurnalistikası" dərsində Azərbaycanda idmanın inkişafından, idman jurnalistikasının dünənindən və bu günündən geniş söhbət açıb, gələcək jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.

     O, bildirib ki, Azərbaycanda idmana böyük qayğı olduğundan idman jurnalistikası da getdikcə inkişaf edir, gənc nəslin timsalında savadlı şərhçilər yetişir.

   Görüşün sonunda Tofiq müəllim və tələbələr Rövşən Binnətliyə təşəkkürünü bildirib, xatirə şəkili çəkdiriblər.

 

                                                                                                                                                       BSU-nun Mətbuat xidməti