BSU kollektivi Xocalı yürüşündə iştrak ediblər

                                        

     Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar olaraq BSU-nun müəllim və tələbə heyəti Xətai rayonunda Xocalı qurbanlarının xatirəsinə ucaldılmış Ana harayı abidəsini ziyarət edib.

     Bu il əlavə olaraq, hökumət səviyyəsində Azadlıq Meydanından abidənin önünə qədər çoxminlik yürüş də təşkil olunub.

     Səhər saatlarında keçirilən yürüşdə iştirakçılar “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırış və şüarlar qaldırıblar.