“Müstəqilliyimizin yaşıdları” adlı tədbir

     Oktyabrın 17-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Müstəqilliyinin 25 illiyi ilə əlaqədar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Ş.Məmmədova adına Opera Studiyasının konsert salonunda “Müstəqilliyimizin yaşıdları” adlı tədbir keçirilib.

     Opera Studiyasının foyesində Nəsimi rayonunda fəaliyyət göstərən ali məktəb tələbələrinin Dövlət Müstəqilliyimizin 25 illiyinə həsr edilmiş təqdimatları hazırlanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dillər Universitetinin və Milli Konservatoriya tərkibində Musiqi Kollecinin 25 yaşlı gənc tələbə və müəllimlərinin hazırladıqları təqdimatlar qonaqların marağına səbəb olub.

     Tədbirdə Bakı Slavyan Univeristetinin Tərbiyə işləri üzrə prorektoru filologiya üzrə fəlsəfə doktoru Xanım Sultanova, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, YAP Gənclər Birliyi, Tələbə Ekoloji Klubun üzvləri iştirak ediblər. Tələbələr slavyan xalqalarına məxsus milli geyimlərdə qonaqları qarşılayıb, universitet tərəfindən nəşr edilən elmi kitab və jurnalları, o cümlədən BSU-nun tarixini əks etdirən slayd təqdim ediblər.

     Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri Məlahət İbrahimqızı və Ziyad Səmədzadə tələbələrin hazırladıqları təqdimatlarla tanış olublar.

                                                                                                                                                                Aytəkin Qardaşova