Moskva Pedaqoji MDPU-nun professor və müəllimləri BSU-da mühazirə oxuyublar

     Bu gün Moskva  Dövlət Pedaqoji Universitetinin(MDPU) professor və müəllimləri Bakı Slavyan Universitetinin (BSU) qonağı olublar. Qonaqları salamlayan BSU-nun rektoru professor Nurlana Əliyeva Rusiya və Azərbaycanın təhsil müəssisələrinin sıx əlaqələrindən söhbət açaraq deyib:” Hər iki dövlətin prezidentləri- cənab İlham Əliyevlə cənab Vladimir Putin arasında çox yaxın dostluq ələqələri var. Bu ələqələr bütün sahələrə, o cümlədən təhsil sahəsinə də öz müsbət təsirini göstərir. Əminəm ki, Moskva  Dövlət Pedaqoji Universiteti ilə Bakı Slavyan Universiteti arasında da əlaqələr uğurla inkişaf edəcək.”

     MDPU-nun prorektoru Lyudmila Trubina BSU-da çox səmimi və isti qaşılanmalarına görə təşəkkürlərini bildirərək, mühazirə oxuyacaq professor və müəllim heyətini təqdim etdi. Məlum oldu ki, müxtəlif ixtisaslar üzrə BSU-nun tələbələrinə mühazirə oxuyacaq müəllimlər bunlardır: Pedaqoji elmlər naməzədi, məktəbəqədərki təhsilin nəzəriyyəsi və metodikası kafedrasının dosenti İrina Andryuşina, Filologiya elmləri namizədi, Rus dili kafedrasının dosenti, ibtidai siniflər üçün Rus dili dərsliyinin müəllifi Stansilav İvanov, pedoqoji elmlər doktoru,ədəbiyyat metodikası kafedrasının müdiri,orta məktəblər üçün ədəbiyyat dərsliyinin müəllifi,deseratisiya şurasının sədri Viktor Çertov, pedoqoji elmlər namizədi, ritorika və nitq mədəniyyəti kafedrasının müdiri Olqa Knyazeva, psixologiya elmləri namizədi tətbiqi dilşunaslıq kafedrasının dosenti Nataliya Dutko.

     Qonaqlar öz çıxışlarında Bakının gözəlliyini və azərbaycanlıların qonaqpərvərliyini xüsusi vurğuladılar. Qısa tanışlıqdan sonra MDPU-nun professor və müəllim heyəti BSU-nun müxtəlif auditoriyalarinda öz ixtisasları üzrə muhazirələr oxuyblar.

                                                                                                                                  Aytəkin Qardaşova