Tələbələrimiz "Eurovillage" 2016 festivalında iştirak ediblər

     Oktyabrın 1-də Bakıda "Eurovillage" 2016 Avropa mədəniyyəti festivalının açılışı olub.

     Festivalın keçirilməsində əsas məqsəd Avropa İttifaqına (Aİ) üzv olan dövlətlərin hər birinin ənənələri, mədəniyyət nümunələri, mətbəxi, onlar haqqında məlumatlarının əks olunduğu broşüru Bakı sakinlərinə və turistlərə təqdim etməkdir.

     Yunanıstanın Azərbaycandakı səfirliyi və "Argo" Yunan cəmiyyətinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin (BSU) yunanşünaslıq üzrə I, lll və Tərcümə (Yunan) dili üzrə təhsil alan IV kurs tələbələri festivalda Yunanıstana aid broşür hazırlayıb, Yunanıstan mədəniyyətini əks etdirən atributları festivala gələn qonaqlara təqdim ediblər. Festivalda Müasir Yunan dili və mədəniyyəti mərkəzinin müdiri Səidə Mehdiyeva və mərkəzin əməkdaşları da iştirak edib, tələbələrimizə yaxından dəstək olublar.
Yunanşünas tələbələr yunan dilində müxtəlif səhnəciklər, şeir və mahnılar ifa edib, azyaşlı uşaqlara yunan mifləri barədə danışıblar.

     Qeyd edək ki, BSU tələbələri hər il "Eurovillage" Avropa mədəniyyəti festivalında fəal iştirak edirlər.

                                                                                                                                                                                                                   Aytəkin Qardaşova