"Din və müasirlik" mövzusunda seminar

     Oktyabrın 10-da Bakı Slavyan Universitetində (BSU) "Din və müasirlik" mövzusunda elmi seminar keçirilib. Dəyirmi masada BSU-nun YAP Gənclər Birliyi, Tələbə Xeyriyyə Fondu, Tələbə Gənclər və Tələbə Həmkarlar təşkilatlarına üzv olan və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.

     BSU-nun Tərbiyə işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru Xanım Sultanova "Din və ədəbiyyat", Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev "Din və multikulturalizm", Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd "İslam və müasirlik", Beynəlxalq münasibətlər kafedrasının müdiri Məmməd Əliyev "Dinin tarixi" mövzularında mühazirələr oxuyub, tələbələrlə fikir mübadiləsi aparıblar. Sonda "Din və müasirlik"lə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

                                             Aytəkin Qardaşova