Aleksandr Mişşenko Bakı Slavyan Universitetində

     Sentyabrın 26-da Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko Bakı Slavyan Universitetinin qonağı olub.

     Səfiri rektor, professor Nurlana Əliyeva qəbul edərək Ukrayna ilə Azərbaycanın dostluq münasibətlərinin çox dərin köklərə malik olduğunu bildirib və BSU-da Beynəlxalq Münasibətlər və Tərcümə fakültəsində Ukrayna ədəbiyyatı, dili, mədəniyyəti və etnoqrafiyası və s. öyrənilməsini bu münasibətlərin göstəricisi adlandırıb. Rektor həmin ənənələrin dərinləşdirilməsi üçün bu gün daha geniş imkanlar olduğunu bildirib.

     Professor N. Əliyeva BSU-da təhsil alan azərbaycanlı tələbələrin Ukraynada təcrübə keçmələri və müvafiq ixtisasları bitirmiş məzunların adıçəkilən ölkənin şirkət və kampaniyalarında işlə təmin olunmaları barədə təkliflə çıxış edib. Təklifləri dəstəklədiyini bildirən səfir kadr mübadiləsinin zəruri olduğunu və bunun ölkələrimizin bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacağını qeyd edib.

     Sonra Aleksandr Mişşenko yenicə təmirdən çıxmış Ukrayna Mədəniyyəti Mərkəzi, Taras Şevçenko adına Ukrayna dili üzrə Linqofon kabineti, BSU muzeyi və Heydər Əliyev adına Mərkəzlə tanış edib.