''Psixoloqlar'' klubunun ''Diqqət əksikliyi pozuntusunun diaqnostikası və korreksiyası'' mövzusunda təlimi

     Dekabrın 6-da BSU Tələbə ''Psixoloqlar'' klubunun təşkilatçılığı ilə ''Diqqət əksikliyi pozuntusunun diaqnostikası və korreksiyası'' mövzusunda təlim keçirilib.

     Tədbirdə ''Loqos''-psixoloji və nitq mərkəzinin baş uşaq psixoloqu Anara Quliyeva,  BSU-nun təhsildə sosial psixoloji xidmət ixtisasi üzrə təhsil alan tələbələri və klubun aktiv üzvləri iştirak ediblər. Təlimin keçirilməsində əsas məqsəd gələcək psixoloq ve pedaqoqların bu mövzuda maarifləndirilməsi, onlarda bu bilikləri gələcək peşə fəaliyyətlərində tətbiq etmək bacarığının formalaşdırılması olub.

     Təlimdə uşaqlarda diqqət pozuntusunun yaranma səbəbləri, hiperaktiv uşaqların davranışlarının korreksiyası, diqqetin davamlılığının möhkəmlənməsi ve s. mövzuları barədə söhbət aparılıb, tələbələri maraqlandıran suallar Anara Quliyeva tərəfindən cavablandırılıb