Həmrəylik Günü və Yeni il

    

     27 dekabrda Bakı Slavyan Universitetində (BSU) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli bayram tədbiri keçirilib.

     Tədbiri giriş sözü ilə açan rektor, professor Nurlana Əliyeva BSU kollektivini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara yeni nailiyyətlər, əmin-amanlıq arzulayıb. Rektor bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün dünya azərbaycanlıları tərəfindən hər il təntənə ilə qeyd olunur. Ümummilli lider Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsinə təkan verib. Tələbələrə imtahan sessiyasında uğurlar diləyən Nurlana Əliyeva onların valideynlərinə bayram təbriklərini çatdırıb.

     Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin, Salyan rayon Uşaq yaradıclıq məktəbinin şagirdlərinin ifasında mahnılar səsləndirilib, müxtəlif rəqslər nümayiş olunub.

 

Aytəkin Qardaşova