23 noyabrda Bakı Slavyan Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri ilə görüş keçirilib.

      23 noyabrda Bakı Slavyan Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri ilə görüş keçirilib.

      Görüşdə tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova, dekanlar, dekan müavinləri və TGT-yə yeni üzv olan birinci kurs tələbələri iştirak ediblər.

      Tədbirdə çıxış edən prorektor Xanım Sultanova, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, professor İlyas Həmidov və Pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirərək gəncləri Tələbə Gənclər Təşkilatının işlərində fəal olmağa səsləyiblər.

      ATGTİ nümayəndələri təşkilatın gördüyü işlər, həyata keçirdiyi layihələr barədə gəncləri ətraflı məlumatlandırıblar.

      Sonda tələbələrin sualları cavablandırılıb.

Aytəkin Qardaşova