«TÜRK-SLAVYAN ƏLAQƏLƏRI» ELMİ-TƏDQİQAT LABORATORİYASI

   

     2001-ci ildə yaradılmış laboratoriya türk və slavyan xalqları arasında tarixi, mədəni, dil, ədəbi və digər əlaqələrin tədqiqi, avrasiyaçılıq ideyalarının və onların perspektivlərinin şərhi, türk-slavyan əlaqələri kontekstində Azərbaycanın mövqeyinin araşdırılması ilə məşğul olur.

     Laboratoriyanın məqsədi:

• Avrasiyaşünaslıqla əlaqədar mövcud məlumatın sistemləşdirilməsi;
• Xüsusən Azərbaycanla əlaqədar olan konkret türk-slavyan problemlərinin seçilməsi;
• Müasir mərhələdə türk-slavyan tədqiqatları ilə bağlı problemlərin həlli yollarının perspektivinin müəyyənləşdirilməsi; Avrasiya və dünya mədəniyyətinin tərkib hissəsi kimi türk mədəniyyətinin problemlərin tədqiqi kimi vəzifələrin yerinə yetirilməsidir.
• «Türk-slavyan əlaqələri» elmi-tədqiqat laboratoriyasının əməkdaşları bu məqsədlərlə yanaşı həm də aşağıdakı problemlər üzərində işləyir:
• Rus ədəbiyyatının «gümüş dövründə» Şərq konsepsiyası.
• Türk və Avropa xalqlarının mifologiyasının müqayisəli tədqiqi.
• Mirça Eliadenin kulturoloji konsepsiyasında Şərq və Qərb məfhumu.
• Arnold Toynbi və Osvald Şpenqlerin əsərlərində Avrasiya problemi.
• Müxtəlif sistemli dillərdə frazeologizmlərin yaranma prinsipləri (rus və türk dillərinin materialında).
• L.N.Qumilyovun etnogenez nəzəriyyəsi Avrasiyaşünaslıq kontekstində.